Gündəm

“İki min rus əsgəri bu hərbi-siyasi iradəni, xalq-dövlət birliyini poza bilməz” – Sabiq xarici işlər naziri

“Siyasət mümkün olan əldə etmək sənətidir. Biz Ordumuzun hünəri, Prezidentimizin əzmkarlığı ilə indiki mərhələdə mümkün olanı əldə etmişik. Azərbaycan nə istəyirdi? Ermənistan işğal etdiyi ərazilərdən çəkilməlidir. Azərbaycan torpaqları hesabına regionda ikinci erməni dövlətinin yaradılmasına yol verilə bilməz. Əlbəttə, əgər qarşımızda xəstə təfəkkürlü bir toplum və onun daha ağır mərəzə yoluxmuş başbilənləri olmasaydı, haqqımızı bu qədər şəhid qanları axıdılmadan da bərpa edə bilərdik”.

Savash.org xəbər verir ki, bu barədə sabiq xarici işlər naziri Vilayət Quliyev bildirib.

O qeyd edib ki, haqq verilmir, alınır:

“Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz hamımız həyatımızın sonuna qədər onların qarşısında borcluyuq. Ruhdan düşmək olmaz. Biz harın, iddialı, bütün dünyanı özünə borclu bilən düşməni əzmişik, sındırmışıq. Onlar təkcə siyasi, iqtisadi baxımdan deyil, mental baxımdan, mənəvi və psixoloji cəhətdən də yıpranıblar, əziliblər, naəlac və miskin vəziyyətə düşdüklərini dərk ediblər. Ermənilərin daha miskin, şərəfsiz günləri hələ qabaqdadır”.

V.Quliyev vurğulayıb ki, belə vəziyyətdə biz daha böyük birlik, əzmkarlıq, işgüzarlıq, dövlətimizə inam və sədaqət nümayiş etdirməli, hər addımbaşı fədakarlığa hazır olmalıyıq:

“Hərbi və siyasi üstünlüyümüzü düşmənin başına dəmir yumruq kimi enən iqtisadi, mənəvi-psixoloji, humanitar-mədəni, təbliğati  qələbəyə çevirməliyik. Biz Cənubi Qafqazın söz haqqına malik güclü dövləti olduğumuzu dünyaya göstərdik. 2000 rus əsgəri bu hərbi-siyasi iradəni, xalq-dövlət birliyini poza bilməz. Bizi qarşıda çətin, amma şərəfli və gözəl günlər gözləyir. Tələsik nəticələr çıxarmağa, özünü ən böyük vətənpərvər kimi göstərmək istəyənlərə məsləhətim səbirli, təmkinli olmaqdır. İnanıram ki, zaman artıq bizə işləyəcək. Allah Azərbaycanın yar və yardımçısı olsun!”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists