Gündəm

Paşinyan: “Ermənistan beş rayonu Azərbaycana verməklə müharibənin qarşısını ala bilərdi”

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin kapitulyasiya qərarından sonra bir gündə ikinci dəfə öz “Facebook” səhifəsində canlı yayım vasitəsilə çıxış edib.

Erməni KİV-lərinin məlumatına görə, o, müqaviləni niyə məhz münaqişənin bu mərhələsində imzaladığını izah edib.

Onun sözlərinə görə, ilk növbədə xalqa Qarabağın statusu müəyyənləşmədən azı 5 rayonun qaytarılması məsələsini təklif etməli idi.

O bildirib ki, xalq bu təklifi qəbul etməyəcəkdi: “Siz “yox” deyəcəkdiniz. Sizin yerinizdə olsaydım, mən də belə cavab verərdim”.

Ermənistan baş naziri həmçinin əlavə edib ki, ölkəsi buraxdığı kobud səhvləri yenidən nəzərdən keçirməlidir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists