Gündəm

İnternetlə bağlı məhdudiyyət ləğv edilir? – Nazirlikdən AÇIQLAMA

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan döyüş əməliyyatlarının dayandırılması haqqında bəyanat imzalayıb.

Maraqlıdır, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tərəfindən Ermənistanın törətdiyi genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə hərbi vəziyyət şəraitində olan ölkəmizdə internetin verilməsində tətbiq olunan məhdudiyyətlər aradan qaldırılacaqmı?

Savash.org xəbər verir ki, Lent.az -ın mövzu ilə əlaqədar sorğusuna cavab olaraq nazirliyin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova bildirib ki, hazırda qurum tərəfindən bununla bağlı qərarda dəyişiklik edilməyib:

“Bu barədə müvafiq qərar verildikdən sonra ictimaiyyətə məlumat veriləcək”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists