Gündəm

Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri Dağlıq Qarabağda humanitar məsələləri müzakirə edib

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanı İlham Abdullayev 20 noyabr 2020-ci il tarixində Şuşa şəhərində Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi Beynəlxalq fəaliyyət departamentinin rəisi Vladimir Solovyovla görüşüb.

Savash.org-un Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, görüşdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində humanitar məsələlər, o cümlədən elektrik enerjisi, qaz təchizatı və rabitə xətlərinin bərpası məsələləri müzakirə edilib.

Tərəflər əməkdaşlığın davam etdirilməsi məqsədilə mütəmadi əlaqə saxlanılması barədə razılığa gəliblər.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists