Gündəm
Mağazalarda növbələr, əhali manatdan yaxa qurtarmağa çalışır
Manatın kəskin devalvasiyasından sonra Bakının ərzaq mağazalarında, supermarketlərdə, alış-veriş mərkəzlərində alıcıların sayının kəskin artması müşahidə olunur.
Əhali qiymətlərin artımını qabaqlamaq üçün əllərindəki dəyərdən düşmüş manat kütləsinə ərzaq və digər zəruri tələbat malları, habelə məişət əşyaları almağa çalışır. Bu üzdən bəzi supermarketlərdə artıq növbələr yaranıb.
Xatırladaq ki, Rusiyada da rublun kəskin devalvasiyası analoji proseslərlə müşahidə olunmuşdu və əhali əllərindəki nağd pul kütləsini əmtəəyə çevirmək üçün alış-veriş mərkəzlərinə axın etmişdi.
Yeni təfərrüatları oxucularımza çatdırmağa çalışacağıq.
Virtualaz.org