Gündəm

Ermənilər daha Kəlbəcər tərəfdən “artsaxa xoş gələ” bilməyəcəklər

Ermənistan 1993-cü ildə Kəlbəcəri işğal edəndən illər sonra bu rayonun adını dəyişdirib “karvaçar” qoydu. Və daha sonra qondarma “dqr”in yeni xəritəsini hazırlayıb rayonu “artsax respublikasının ərazisi” elan etdi. Kəlbəcərdən keçən və Dağlıq Qarabağı Ermənistana birləşdirən ikinci yol hazır olanda isə Ermənistan-Azərbaycan dövlət sərhədinin həmin yolu kəsən hissəsində erməni və ingilis dillərində “Artsax respublikasına xoş gəmisiniz” sözləri yazılmış böyük yol nişanı-lövhə quraşdırılmışdı. İllərdir Qarabağa Ermənistan üzərindən daxil olanlar həmin lövhənin qarşısında dayanıb foto çəkdirərdilər və sosial şəbəkələrdə yayardılar. Lakin bu bədnam lövhə artıq orada olmayacaq. Virtualaz.org xəbər verir ki, Kəlbəcər rayonunun bir neçə saat sonra Azərbaycanın nəzarətinə qaytarılması ilə əlaqədar olaraq həmin lövhə sökülür. Erməni KİV-lərinin yaydığı məlumata və fotoya əsasən xüsusi texnika lövhəni sökmək üçün işləyir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button