Gündəm

Nazirlik söz verdi: \”Bahalaşmanın qarşısı alınacaq\”

Nazirlik söz verdi: "Bahalaşmanın qarşısı alınacaq"İqtisadiyyat və Sənaye Nazirliyi Mərkəzi Bankın İdarə Heyətinin valyuta məzənnələrində dəyişikliklər edilməsi ilə bağlı qərarı ilə əlaqədar məlumat açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndirilib və nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral, 2015-ci il tarixli qərarı ilə 21 fevral, 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib.

Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda deyilir ki, bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib.

Virtualaz.org

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button