Gündəm

Kəmaləddin Heydərov gizli təşkilat yaradıb

Kəmaləddin Heydərov gizli təşkilat yaradıb\”Fövqəlnazir” yüksək vəzifəli dövlət məmurlarınını da dinləyir; Oliqarxların biznesi haqda tam dosye onun əlində

Azərbaycanda yüksək vəzifə sahiblərinin, oliqarxların öz səlahiyyətlərindən qat-qat üstün, həm də qanunlara zidd fəaliyyəti haqda mediada dəfələrlə yazılıb. Bu sırada adı daha çox hallanan şəxslərdən biri isə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovdur. Gücünə və məğlubedilməzliyinə görə \”fövqəlnazir\” satatusunu qazanan bu şəxs haqda hətta açıq iddialar da səslənib. Məsələn bir müddət AXCP-nin qərərgahı yerləşən partladılmış binanın sahibi Azər Əsgərov ilginc açıqlamalarla çıxış etmişdi. Ofisin partladılmasında fövqəladə hallar naziri Kəmaləddin heydərovu ittiham edən sahibkar demişdi: \” Azərbaycan FHN rəhbəri Kəmaləddin Heydərov şəxsi var-dövlət və özünə sərf etməyən adamların təqib olunması üçün qanunsuz metodlardan istifadə etməklə ölkədə \”paralel dövlət” yaradıb. Məndə başqa videolar, səs yazıları da var. Onları da yayacam. Onda Kəmaləddinin dövlət içində necə dövlət olduğunu görəcəklər. O, adamları güdmək üçün 300 milyonluq avadanlıq alıb.”
Kifayət qədər sərt olan bu ittihamlara heç bir rəsmi cavab verilmədi. Məsələ ilə bağlı cumhuriyyet.az-ın apardığı araşdırmalar isə daha ciddi faktları ortaya qoyub. Bir zamanlar FHN rəhbərinin gizli şəbəkəsinə yaxın olan, sonradan isə cəzalandırılaraq uzaqlaşdıran mənbənin sözlərinə görə K.Heydərov doğurdan da geniş bir izləmə sisteminə malikdir: \”Bu sistemə bir çox əməliyyatlar daxildir: Adamların fərdi izlənməsi, telefonlarının dinlənilməsi, hətta otaqlarına və ofislərinə dinləmə qurğularının yerləşdirilməsi. Bu sistemdə yalnız müxalif şəxslər hədəfə alınmır. Hakimiyyət daxilində FHN rəhbərinə rəqib olan yüksək vəzifə sahibləri var ki, onlar da nəzarətdə saxlanılır”.
Məsələ ilə bağlı daha cumhuriyyet.az-a danışan mənbənin sözlərinə görə artıq bir neçə ildir ki, Kəmaləddin Heydərovun birbaşa göstərişi ilə gizli təşkilat yaradılıb: «Bu təşkilat, Heydərov hələ Dövlət Gömrük Komitəsinin sədri olarkən birbaşa onun səyi nəticəsində ərsəyə gəlib. Təşkilatı yaratmaqda əsas məqsəd ölkəyə idxal olunan mallara nəzarəti həyata keçirməkdən ibarətdir.» Gömrükdən keçərək ölkəyə gətirilən mallar haqda məlumat toplamaq üçün ayrıca təşkilatın, özü də məxvi şəkildə yaradılması bəlkə də təəccüb doğura bilər. Çünki normal məntiqlə və ölkə qanunvericiliyində tsbit olunmuş qaydalarla bütün idxal olunan malların çeşidi, kütləsi, maddi dəyəri və digər göstəriciləri sərhədi keçərkən gömrük orqanlarında qeydə alınır. Nəinki gömrük komitəsinin sədri olmayan nazir, sadə vətəndaş belə bu haqda məlumatı internet vasitəsilə əldə edə bilər. Amma Azərbaycan reallığında bunun öz səbəbləri var.
Məsələ burasındadır ki, Gömrük komitəsinin rəsmi məlumatları heç də gerçək durumu əks etdirmir. Belə ki, mətbuatda da məlumat verildiyi kimi, idxal olunan mallar gömrükdə həddindən artıq ucuz qiymətə rəsmiləşdirilir, eyni zamanda idxal olunan mal başqa adla sənədləşdirilir. Mənbəmizin sözlərinə görə rəsmi dövlət qurumundan fərqli olaraq cənab Heydərova tabe olvan təşkilatın üzvləri hər şeyi olduğu kimi qeydə alır, heç bir şişirtməyə yol vermirlər və onların hazırladıqları hesabatlar isə birbaşa Kəmaləddin Heydərova çatdırılır. Bu yolla cənab heydərov həm gömrükdən gələn «qara pullar»ın məbləği haqda, həm də digər oliqarxların biznesi barədə ətraflı məlumat əldə edə bilir.
Bu haqda bizə məlumat verən mənbə həmçinin onu da bildirir ki, təşkilatın üzvləri «fövqəlnazir»dən başqa heç kimə, heç bir struktura tabe deyil və hesabat vermir. Məlumatlara görə, Heydərovun təşkilatı yaratmaqda məqsədi gömrük məntəqələrində və bütövlükdə ölkənin gömrük sistemində baş verənlərin bütün detallarından xəbərdar olmaq istəyi ilə bağlıdır: «Kəmaləddin Heydərov yaratdığı gizlitəşkilatın üzvlərinin köməkliyi ilə bütün sərhəd keçid məntəqələrində nələrin baş verdiyindən xırdalıqları ilə xəbərdar olur. Təşkilat üzvləri bütün sərhəd keçid məntəqələrinə yerləşdirilib. İdxal olunan mallara nəzarət edən və müntəzəm olaraq «şef»ə yekun hesabat təqdim edən təşkilat üzvləri rəsmən ayrı-ayrı dövlət qurumlarında və ya özəl şirkətlərdə işçiləridir. Heydərovun özünə qurumlarda onlar ümumiyyətlə fəaliyyət göstərmirlər, hətta onların əməkhaqqı da qeyri-rəsmi fəaliyyət göstərdikləri sahədən verilir.»
Deyilənə görə təşkilatın üzvləri gömrük işçilərindən daha yüksək əməkhaqqı alırlar ki, bununla da onların pulla ələ alınmasının qarşısı alınıb. Eyni zamanda bu şəxslərin yerləri tez-tez dəyişdirilir ki, bu dəyişdirilmə isə daha çox onların kimlərinsə təsir dairəsinə düşməməsi ilə bağlıdır. Mənbəmizin sözlərinə görə bu kimi qabaqlayıcı tədbirlərin görülməsinin və şəxsən K.Heydərovun nəzarətində olan ciddi rejimin nəticəsidir ki, bu vaxta qədər sözügedən təşkilatla bağlı hər hansı bir nöqsan ortaya çıxmayıb. Əldə etdiyimiz məlumatda o da qeyd edilir ki, təşkilatın mərkəzi ofisinin harada yerləşməsi gizli saxlanılır. «Fövqəlnazir»dən və təşkilat üzvlərindən başqa heç kim ofisin yeri ilə bağlı hər hansı bir informasiyaya malik deyil.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists