Gündəm

İcra Hakimiyyəti şəhidlərin məzar daşları üçün müqavilə bağladı

Xocavənd Rayon İcra Hakimiyyəti “Zərgər-LM” MMC ilə maliyyə dəyəri 22 400 AZN olan müqavilə imzalayıb. 

Savash.org xəbər verir ki, müqaviləyə əsasən şirkət icra hakimiyyətinin sifarişilə şəhidlər üçün məzar daşları quraşdırmalıdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Zərgər-LM” MMC 6 ay əvvəl, 18 may 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, 12-ci mədən, ev 43-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rzasoy Ramil Ağa oğludur.

Açıq mənbələrdə nə şirkət, nə də onun qanun təmsilçisi barədə məlumat var.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button