Gündəm

Koronavirusdan sonra dünyanı gözləyən dəhşət – ÜST rəsmisi AÇIQLADI

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri koronavirusa görə antibiotiklərin və antiviral dərmanların nəzarətsiz qəbulu səbəbindən yeni pandemiyanın yaranması barədə xəbərdarlıq edib. Bildirilib ki, bu, koronavirus epidemiyasından daha təhlükəli vəziyyətə səbəb olacaq.

Savash.org xəbər verir ki, ÜST-nin Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bunları deyib:

Həkimləə öz növbəsində antibiotiklərə ciddi ehtiyac olduğu halda xəstəyə bu dərmanı təyin etməlidir. Əks halda daha ciddi fəsadlara gətirib çıxara bilər. Bu, antibiotik və antiviral dərmana davamlı mikroorqanizmlərin bir pandemiyası olacaq”

Vuynoviçə görə, hadisələrin belə inkişafı ilə yoluxucu xəstəliklərin müalicəsində ediləcək bir üsul qalmayacaq, çünki bədən antibiotiklərə artıq təsirsiz qalacaq.

“Anlamaq vacibdir ki, koronavirus həm həkimlər, həm də cəmiyyət tərəfindən yoluxucu xəstəliklərə dair fikirlərə yenidən baxmağa təkan verdi”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button