Gündəm

Oqtay Əsədov da dolların bahalaşmasından danışdı

Oqtay Əsədov da dolların bahalaşmasından danışdıDolların məzənnəsinin qalxması ilə əhalinin əmanətlərinə ziyan vurulması barədə səsləndirilən fiklirlər tamamilə yalan söhbətdir.

\”Trend\”in məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov bu gün keçirilən plenar iclasda deyib.

O.Əsədov qeyd edib ki, birincisi, əmanətlərin 50 faizdən çoxu dollarla qoyulub: “İkincisi, mən sizə tam rəsmi deyirəm ki, son bir həftə ərzində 2 milyard, ondan qabaq 2,5 milyard manat banklar tərəfindən dəyişidirilib, yəni banklar tərəfindən bu imkan yaradılıb. Ona görə əhalinin əmanətlərinə ziyan dəyib demək tamamilə yalan fikirdir”.

Qeyd edək ki, iclasda çıxış edən deputat İqbal Ağazadə manatın məzənnəsinin aşağı düşməsi ilə əhalinin banklardakı əmanətlərinə külli miqdarda ziyan dəydiyini bildirib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button