Gündəm

Banklara məktub getdi: \”İllik 12 faizədək bütün əmanətlər qorunacaq\”

Banklara məktub getdi: "İllik 12 faizədək bütün əmanətlər qorunacaq"

Azərbaycanda bank əmanətlərinin sığortalanması ilə bağlı bu il fevralın 24-də qəbul edilən yeni qərar təkcə bundan sonra qoyulan əmanətlərə deyil, indiyədək bankda olan əmanətlərə də şamil ediləcək.

ANS PRESS-in məlumatına görə, bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADİF) ölkə banklarına göndərdiyi məktubda deyilir.

Bildirilir ki, 2013-cü il avqustun 1-dən etibarən banklara qoyulan bütün 12 faizədək olan əmanətlər qorunacaq.

Xatırladaq ki, bu il fevralın 24-dən qorunan əmanətlərin faiz dərəcəsi 12 faiz müəyyənləşib. Ötən ilin mayından bu dərəcə 9 faizə endirilmişdi. Əmanətlərin Sığortalanması Fondu indiyədək faiz dərəcəsini dəyişdirəndə qərar əvvəlki tarixə şamil olunmayıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button