Gündəm

Şəhid Xudayar Yusifzadənin büstü hazırlanıb – Foto

Şəhid Xudayar Yusifzadənin büstü hazırlanıb.

“SAVAŞ” xəbər verir ki, əsərin müəllifi gənc heykəltaraş Jalə Əliyevadır.

Qeyd edək ki, Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. Doğulduğu gündən 24 gün sonra Bərdənin tanınan qarmon ustalarından olan atasını itirib. Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məкtəbini bitirib.

Kəlbəcər rayonu istiqamətində, Murovdağ yüksəklikləri uğrunda döyüşlərdə iştirak edib. Bir müddət sonra Füzuli, Cəbrayıl, Zəngilan istiqamətində döyüşlərdə vuruşub. Zəngilanın Ağbənd kəndinin azad olunmasında şücaət göstərmiş və orada yaralanmasına baxmayaraq düşməni məhv edib. Aldığı ağır yaradan sonra şəhidlik zirvəsinə yüksəlib. (Trend)

Döyüşlərdən iki gün öncə Əliağa Vahidin sözlərinə yazılmış “Vətən yaxşıdır” mahnısını oxuyarkən döyüş yoldaşları ilə özünü videoya almışdır. Həmin video sosial şəbəkələrdə trendə çevrilib.

Şəhid Xudayar Yusifzadənin büstü hazırlanıb -  Foto

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button