Gündəm

Sabah Bakıda bu yollar tam bağlı olacaq – Siyahı

Bakıda keçiriləcək paradla bağlı sabah paytaxtda bu yollar bağlı olacaq.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən Yenisabah.az-a daxil olan məlumatda bildirilir ki, texnikaların hərəkəti və hərbi yuürüş Nobel prospektindən başlayaraq Ağ Şəhər bulvarına bitişik ərazidən keçərək Dəniz vağzalı, Azadlıq meydanı, Dənizkənarı bulvar boyu, Neftçilər prospekti, Azneft meydanı, Bayıl qəsəbəsi və Bibiheybət məscidi istiqaməti üzrə nəzərdə tutulub.

Keçirilən tədbirin təhlükəsizliyinin təmini, parad iştirakçılarının sərbəst hərəkətinin təşkil edilməsi məqsədilə Azadlıq meydanı istiqamətinə paralel və kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulur.

Bağlı olacaq yolların siyahısı:

1.Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü Kənar dairəvi yol istiqamətinə;

2.Bayıl qəsəbəsi Üzgüçülük hovuzu yanından Xanlar küçəsinə;

3.Səbail rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binası qarşısından Q.Abbasov və Saraykin küçəsinə;

4.M.Hüseyn, T.Elçin, Lermontov, İstiqlaliyyət və Niyazi küçələrindən Azərbaycan prospektinə;

5. Nobel prospekti N.Rəfiyev küçəsi kəsişməsindən Babək prospektinə;

6.A.Cəlilov küçəsinin A.İsmayılov, N.Əli8yev, F.Bayramov və Y.Səfərov küçəsi ilə kəsişmədən 10-cu zavod dairəsinə;

7.Y.Səfərov, Ə.Quliyev və 28 May küçələri kəsişməsindən D.Əliyeva küçəsi istiqaməinə;.

8. 28 May küçəsinin R.Zorge, K.Səfərəliyeva, Puşkin, S.Vurğun, R.Behbudov küçələri, Azadlıq və Bülbül prospektləri kəsişməsindən A.Bakıxanov və Füzuli küçələri istiqamətinə hərəkət müəyyənləşdirilir. 

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button