Gündəm

Bakıda tikilən təzə ticarət mərkəzi çökdü – (Fotolar)

Bakıda tikilən təzə ticarət mərkəzi çökdü - (Fotolar)

Bir neçə dəqiqə əvvəl Nizami rayonu ərazisində tikinti işləri aparılan binada uçqun baş verib.

Hadisə şahidlərinin virtualaz.org saytına verdiyi məlumata görə, iş görülərkən tikinti gedən binada fəhlələr də olub. Onların uçqun altında qaldığı ehtimal olunur. Lakin bu, sadəcə gümandır və fakt hələ təsdiqlənməyib.

Hadisə 8-ci kilometr bazarının (“Vosmoy bazarı”) arxasında gedən tikintidə baş verib. 4 mərtəbəli ticarət mərkəzinin tikintisi zamanı qəza baş verib. Binanın ikinci mərtəbəsinin tikintisi gedərkən qəza beton tökülən zaman baş verib. Betonun ağırlığına tab gətirməyən dirəklər qırılıb və beton kütləsi birinci mərtəbəyə tökülüb.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupları cəlb olunub. Ərazi polis əməkdaşları tərəfindən mühasirəyə alınıb.
Bakıda tikilən təzə ticarət mərkəzi çökdü - (Fotolar)
Bakıda tikilən təzə ticarət mərkəzi çökdü - (Fotolar)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button