Gündəm

Cavid Qurbanov sürətli elektrik qatarlarını geri qaytarır

Cavid Qurbanov sürətli elektrik qatarlarını geri qaytarır

Bu gün Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda baş yolların əsaslı təmirinə start verilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, bundan əlavə Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi nəzərdə tutulur.

Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin köməkliyi ilə “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.

Əsaslı təmir işləri başa çatdıqdan sonradan elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə bu günlərdə yeni sədr təyin olunub. Bu, \”Azəryolservis\” ASC-nin keçmiş sədri Cavid Qurbanovdur.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button