Gündəm

Bakı-İstanbul aviareysi Ermənistan üzərindən keçdi – İLK DƏFƏ

Bir neçə saat əvvəl “Turkish Airlines” aviaşirkəti Bakı ilə İstanbul arasında Ermənistanın hava məkanının üzərindən tarixi reys həyata keçirib.

Savash.org haqqin.az-a istinadən bildirir ki, bununla da Ermənistan öz hava məkanını Türkiyə və Azərbaycanın mülki təyyarələri üçün açıb.

İndiyədək Azərbaycan və Türkiyə sərnişin təyyarələri Gürcüstanın hava məkanından uçmağa məcbur olurdu ki, bu da daha uzun məsafəni qət etmək demək idi.

Rəsmi mənbələr hələlik bu məlumatı şərh etmirlər. Lakin güman edilir ki, Azərbaycan və Türkiyə təyyarələrinin Ermənistan üzərindən uçuşları 10 noyabrda bağlanmış sazişdən sonra mümkün olub. Bu sazişə əsasən, tərəflər arasında bütün nəqliyyat kommunikasiyaları açılmalıdır.

Üçtərəfli bəyanat Rusiyanın humanitar yük daşıyan hərbi-nəqliyyat təyyarələrinə Azərbaycanın hava məkanından Ermənistana uçmağa imkanı verir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button