Gündəm

Qarabağda qalıqları tapılan erməni hərbçilərin sayı AÇIQLANDI

Ötən gün Qarabağda daha 3 erməni hərbçisinin qalıqları tapılıb.

Savash.org “report”a istinadən xəbər verir ki, bu barədə məlumatı qondarma Dağlıq Qarabağ Respublikasının fövqəladə hallar üzrə dövlət xidmətinin nümayəndəsi Unan Tadevosyan verib.

“Ölən iki nəfərin meyiti Cəbrayıldan, daha bir nəfərin isə Xocavənddən götürülüb. Ümumilikdə 1 138 nəfərin qalıqları tapılıb”, – U.Tadevosyan vurğulayıb.

O bildirib ki, Qubadlı və Hadrut istiqamətində axtarışların aparılması üçün hələlik icazə alınmayıb:

“Hadrutda axtarış işlərinin bərpa edilməsi üçün danışıqlar gedir. Hazırda axtarış işləri Füzuli və Xocavənd istiqamətində davam edir”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button