Gündəm

“Kompensasiya mexanizminin hazırlanması üzrə artıq işlərə başlanılıb” – RƏSMİ AÇIQLAMA

Tarif Şurasının qərarına əsasən, yanvarın 5-dən Azərbaycanda “Aİ-92” benzininin və dizel yanacağının qiymətləri artırılıb. Qiymətlər müvafiq olaraq 0,9 manatdan 1 manatadək və 0,6 manatdan 0,8 manatadək artırılıb.

Savash.org-un məlumatına görə, sözügedən qərarla bağlı Tarif Şurasının katibi Ceyhun Nəcəfov bildirib ki, ölkədə dizel yanacağına olan qiymət artımının kənd təsərrüfatına, həmçinin ictimai nəqliyyatda sərnişindaşıma xidmətlərinə edə biləcəyi mənfi təsirin qarşısını almaq məqsədilə müəyyən qabaqlayıcı tədbirlərin nəzərdə tutulub.

Onun sözlərinə görə, təsirin neytrallaşdırması üçün sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə kompensasiya ödənilməsi nəzərdə tutulur.

“Kompensasiya mexanizminin hazırlanması üzrə artıq işlərə başlanılıb və yaxın zamanda İqtisadiyyat Nazirliyində bununla bağlı sahibkarlarla müzakirələr aparılacaq. Sahibkarlıq subyektlərinə kompensasiyanın ödənilməsi sosial həssas qrupların mənafeyinə xidmət edəcək. Belə olan halda ictimai nəqliyyatda tarif dəyişikliyi aparılmayacaq. Bu, dövlətin sosial sahədə apardığı çox mühüm tədbirlər dən biridir”, – deyə C. Nəcəfov qeyd edib.

Tarif Şurasının rəsmisi əlavə edib ki, dizel qiymətinin artımı kənd təsərrüfatı sahəsinə də mənfi təsir edəcəyi gözlənilmir. Belə ki, kənd təsərrüfatında fermerlərə verilən subsidiyaların məbləğinə yenidən baxılacaq.

“Aİ-92” markalı benzinin qiymət artımına gəldikdə, C. Nəcəfov bildirib ki, bu növ yanacaq əsasən şəxsi minik avtomobillərində istifadə olunur və bunun da istehlak qiymətlərinə ciddi təsiri gözlənilmir: “Bu, insanların ictimai nəqliyyatdan istifadəsini və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaq. Ümumilikdə, Azərbaycanda yanacağa olan qiymətlər əksər digər MDB ölkələri ilə müqayisədə aşağıdır”. (APA)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button