Gündəm

“Bizə işgəncə verən erməni deyirdi ki, niyə qışqırmırsınız?“ – Keçmiş əsir

“Bizə işgəncələr verirdilər, qeyri-insani münasibət göstərirdilər. Deyirdilər ki, biz deyəcəyik, sən təkrarlayacaqsan. Bəli, mən onların dediyini təkrarlayırdım, ancaq özlərinə qarşı. Mənə çox işgəncələr veridilər ki, niyə bizdən qorxmursunuz?”.

Savash.org xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçumuz Ələkbərov Ömər Teymur oğlu deyib.

“Məni yaralı vəziyyətdə iki qandalla saxlayırdılar. Mən Azərbaycan əsgəri olduğumla fəxr edirdim. Mən inanırdım ki, Ali Baş Komandan İlham Əliyev mümkün deyil ki, bizi orada qoysun. Bizə işgəncə verən erməni deyirdi ki, niyə qışqırmırsınız? Ağrımır? Erməni mənə sual verirdi ki, sizə iynə vururlar belə olursunuz? Dedim necə. Dedi ki, öz gözümün şahidi oldum ki, güllə vurduğum adam durub üstümə gəlir”, – o əlavə edib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button