Gündəm

Azərbaycanda karantin rejimi bu tarixdə ləğv edilə bilər — AÇIQLAMA

Son bir neçə gündə Azərbaycanda koronavirusa yoluxanların sayı 4000-dən 800-ə düşüb. Qeyd edək ki, yanvarın ikinci yarısından artıq ölkədə vaksinasiyanın başlaması gözlənilir. Məhz buna görə də mart ayının ikinci yarısına kimi ölkədə bu virusa yoluxanların sayının minumuma düşməsi və karantin rejiminin ləğv edilməsi gözlənilir. 

Vaksinasiyanın başlaması və görülən tədbirlərin müsbət nəticələrinin davam etməsi yumşalmalara keçidi başlada bilər. Əlbəttə bütün bunlar təkcə dövlətdən asılı deyil. Bu məsələdə vətəndaşlarımız da məsuliyyətli olmalıdır. Cənab prezidentimiz tarixi lider və sərkərdə olaraq torpaqlarımızın azad edilməsi istiqmətində hansı addımları atıbsa, vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində də lazım olan tədbirləri görür. Fevral və mart ayında da bu müsbət nəticələri görmək üçün hər birimizin məsuliyyətli olmağımız vacibdir. Düşünürəm ki, yoluxanların sayındakı bu azalma dinamikası davam edərsə, mart ayından normal həyatımıza qayıda bilərik”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button