Gündəm

SON DƏQİQƏ: “SMS icazə” ləğv ediləcək – AÇIQLAMA

“Düşünürəm ki, tətbiq olunan sərt karantin rejimi öz bəhrəsini verdi. Yoluxma sayı aşağı düşdü. Bu səbəbdən müəyyən sahələrdə yumşaldılmaya getmək olar”.

Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov karantin rejiminin yumşaldılması ilə bağlı danışarkən deyib:

“Hesab edirəm ki, indiki vəziyyətdə tədricən yumşalmaya gedilə bilər. Lakin yumşalma elə tətbiq olunmalıdır ki, yoluxma sayı artmasın. Çünki hər an göstəricilər dəyişə bilər. Bu səbəbdən də tətbiq olunan qadağalar bir-bir ləğv olunmalıdır. İlkin mərhələdə “SMS icazə”nin ləğv olunması gözlənilir”.

Millət vəkili rayonlara gediş-gəlişin bərpa olunması məsələsinə də münasibət bildirib:

“Əgər rayonlara gediş-gəliş bərpa olunsa, xəstəliyin tempində olan dəyişiklik xeyrimizə olmaya bilər. Biz bunu əvvəlki təcrübədə də müşahidə etdik. Düşünürəm ki, hansısa qərarı verərkən bir qədər ehtiyatlı olmaq lazımdır. Vəziyyəti düzgün analiz edib, ona uyğun da qərar vermək daha doğru olar”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button