Gündəm

ANS-də rəhbər şəxslər işdən qovuldu – SİYAHI

ANS-də rəhbər şəxslər işdən qovuldu - SİYAHIANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev 2 gün öncə ANS ÇM radiosunun baş redaktoru Ceyhun Əsgərovu işdən qovub. Bu haqda məlumatı AzNews.az-a ANS televiziyasından verilib.

Məlumatda deyilir ki, Vahid Mustafayev Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan radionun əməkdaşları ilə keçirdiyi iclasda 2 DJ-i dəişdən kənarlaşdırıb.

Gərgin keçən iclasda Vahid Mustafayevin qardaşı Seyfulla Mustafayevin radionun ikinci müavini olan qızı Çinarə Mustafayevanı aşağı vəzifəyə keçirilib. O, bundan sonra musiqi redaktoru kimi çalışacaq.

ANS Şirkətlər Qrupunun prezidenti televiziya işçilərinin də cəzalandırılması anonsunu verib. Bununla yanaşı televiziyanın kadrlar idarəsinin rəisi ilə proqram departamentinin rəhbərinin də işdən qovulduğu deyilir.

Qeyd edək ki, teleaparıcı, jurnalist Ceyhun Əsgərov Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın oğludur. O, 2002-ci ilin dekabrından 2011-ci iln martınadək ANS TV-də çalışıb. “Xəbərçi”, “Hesabat” verilişlərinin aparıcısı olub.

Ceyhun Əsgərov bir müddət “Araz” radiosunda redaktor-DJ, sonra isə Tovuz rayonunda yerləşən Türkel telekanalının icraçı direktoru vəzifələrində çalışıb. O, ötən ilin sentyabrında yenidən ANS-ə qayıdaraq ANS ÇM-in baş redaktoru olub.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button