Gündəm

Bakı metrosu fəaliyyətini nə zaman bərpa edəcək? – RƏSMİ AÇIQLAMA

Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq xüsusi karantin rejimi çərçivəsində Bakı metrosunun fəaliyyətinin bərpa olunacağı əsas müzakirə olunan məsələlərdən birinə çevrilib.

Bunun üçün Nazirlər Kabineti yanında Operativ Qərargah hələlik qərar açıqlamayıb.

Yaxın günlərdə Bakı metrosunun fəaliyyətini bərpa edəcəyi ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sual ünvanladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirdi ki, yanvarın 18-də metronun açılması ilə bağlı Operativ Qərargah tərəfindən məlumat daxil olmayıb:

“Biz həmişəki qaydada fəaliyyətimizə davam edirik. Pandemiya və karantin rejimi ilə bağlı bütün qərarları Operativ Qərargah verir. Əgər hər hansı ikinci qərar olmasa, yanvarın 31-i saat 6-da metro fəaliyyətə yenidən başlayacaq”.

Qeyd edək ki, 2020-ci il ərzində metropoliten 202 gün ümumiyyətlə sərnişin daşımayıb. Sərnişin daşınan 164 günün 3-də isə cəmi 5 saat daşıma xidməti göstərilib

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button