Gündəm

“Facebook” səhifəsi olanlara qorxulu xəbər

“Facebook” səhifəsi olanlara qorxulu xəbər
“Facebook” saxta sosial şəbəkə istifadəçiləri hesabını siləcək.

ANS PRESS-in məlumatına görə, dünyanın populyar sosial şəbəkə nəhəngi olan “Facebook” qısa bir müddət ərzində həyata keçirəcəyi planların arasında aktiv olmayan istifadəçilərin səhifə bəyənmələrini (“like”) deaktiv edəcəyini də bildirib.

Yeni prosedurun başladılması ilə bir sıra səhifələrdəki bəyənmə sayının da aşağı düşəcəyi gözlənilir. Bu barədə şirkət bloq səhifəsində xəbər yayımlayıb. Xəbərdə bildirilir ki, sosial şəbəkə istifadəçiləri içində aktiv olmayan, dünyasını dəyişən, ya da açdığı hesabı istifadə etməyənlərin bəyəndikləri səhifələrdəki “like”lar geri götürüləcək.

Şirkət bu olanı üzümüzə gələn həftələrdən birində həyata keçirəcək. Beləliklə, saxta hesablarla səhifə üzvü sayını atıranları dramatik vəziyyət gözləyir.

Qeyd edək ki, 2004-cü ildən bəri fəaliyyət göstərən \”Facebook\” şəbəkəsi hazırda istifadəçilərinin sayının daha da artırması yollarını aramaqdadır. 1,38 milyard “Facebook” istifadəçisinin təxminən 600 milyonu Facebook şəbəkəsinə mobil cihazlar vasitəsilə daxil olur.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button