Gündəm

Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi

Baş prokuror Kamran Əliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Ağstafa rayon icra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyevə yeni vəzifə verib.

“SAVAŞ”-ın verdiyi xəbərə görə, R.Quliyev baş prokuror Kamran Əliyevin əmri ilə Quba rayon prokurorunun köməkçisi təyin edilib.

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olmuş Ramal Quliyev atasının həbsindən sonra, ötən ilin mayında öz ərizəsi ilə sabiq baş prokuror Zakir Qaralovun əmri ilə tutduğu vəzifədən azad edilmişdi.

 Ağstafa rayon sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini olmuş Ramiz Tatarov barəsində istintaq yekunlaşıb və hazırda işə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrliyi ilə baxılır.

Qeyd edək ki, Nizaməddin Quliyev və müavini Ramiz Tatarov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham edilirlər. 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button