Gündəm

Ramil Usubovdan növbəti kadr təyinatları

Ramil Usubovdan növbəti kadr təyinatları

Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatları olub.

\”Report\” xəbər verir ki, nazir general-polkovnik Ramil Usubovun əmri ilə Xəzər Rayon Polis İdarəsinin (RPİ) əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Əlyəddin Səfərov vəzifəsindən azad olunub. Nazirin digər əmri ilə Ə.Səfərov Nərimanov RPİ-nin rəis müavini təyin edilib.

Ə.Səfərov bundan əvvəl Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin rəisi və Nəsimi RPİ-nin rəis müavini vəzifələrində də işləyib.

R.Usubovun imzaladığı başqa bir əmrlə isə Xəzər RPİ-nin Cinayət Axtarış Şöbəsinin (CAŞ) rəisi, polis polkovnik-leytenantı Habil Həsənov idarənin əməliyyat işləri üzrə rəis müavini təyin olunub. Xəzər RPİ-nin CAŞ-nin rəisi vəzifəsinə isə Cavanşir Əhmədov gətirilib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button