Gündəm

Həbsdəki hüquq müdafiəçisi damarlarını doğrayıb?

Həbsdəki hüquq müdafiəçisi damarlarını doğrayıb?Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov hüquq müdafiəçisi Taleh Xasməmmədovun damarlarını kəsməsi və kəsik yaralarının olması barədə yayılan məlumatı təkzib edib.

İ.Qurbanov virtualaz.org saytına açıqlamasında T.Xasməmmədovun aclıq etməsi barədəki xəbərləri də təkzib edib. Deyib ki, T.Xasməmmədov qəbul şöbəsinə daxil olub və hazırda müayinədən keçir.

* * *18:15

Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədov damarlarını kəsib və Ədliyyə Nazirliyinin tibb müəssisəinə yerləşdirilib.

Xasməmmədovun doğmalarının \”Turan\”-a verdiyi məlumata görə, 10 gün əvvəl o, Gəncə İstintaq Təcridxanasında cinayət işinin saxtalaşdırılmasına qarşı etiraz əlaməti olaraq aclığa başlayıb.

6 gün sonra onu Maştağadakı ruhi-əsəb xəstəxanasına gətiriblər. Bazar günü o, xəstəxanada damarlarını kəsib və Ədliyyə Nazirliyinin xəstəxanasına köçürülüb.

Xatırladaq ki, T.Xasməmmədov fevralın 24-də xuliqanlıq ittihamı ilə həbs edilib.

Penitensiar Xidmətdən şərh verməkdən imtina ediblər, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən isə şərh almaq mümkün olmayıb.

Xasməmmədov Göyçay-Ucar bölgəsində hüquq müdafiə fəaliyyəti və facebook-da yerli hakimiyyəti tənqid etməsi ilə məşhurdur. O, əvvəllər də hüquq müdafiə fəaliyyətinə görə məsuliyyətə cəlb edilib, amma iki il əvvəl əvf olunub.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button