Gündəm

İŞİD liderindən şok iddia: “Həzrəti Muhammədlə (s) görüşdüm”

İŞİD liderindən şok iddia: “Həzrəti Muhammədlə (s) görüşdüm”

İŞİD terror qruplaşmasının lideri, qondarma xəlifə Əbu Bəkr əl Bağdadi yalan iddialarla mətbuatın gündəminə gəlib.

ANS PRESS-in məlumatına görə, əl Bağdadi yuxusunda İslam peyğəmbəri Hz. Muhammədi (s) gördüyünü, Mosulu tərk etmələri üçün ondan əmr aldığını iddia edib.

Xatırladaq ki, son günlər Tikrit şəhərində dalbadal məğlubiyyətlərə düçar olan İŞİD yaraqlıları bu şəhəri tərk etməyə başlayıblar.

Xəbər mənbəyi güman edir ki, İraq ordusu, şiə könüllüləri və sünni əşirətlərinin qarşısında davam gətirə bilməyən İŞİD terrorçuları indidən bu şəkildə Mosulu da tərk edəcəklərinin işarəsini verirlər.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button