Gündəm

Polis Bakıda əməliyyat keçirdi, saxlanılanlar var

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Q.Vəliyev Suraxanı rayonu ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyindən Savash.org-a verilən məlumata görə, şəxsi axtarış zamanı 60 qramdan artıq heroin aşkar edilib.

İdarə əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş A.Babayev Nərimanov rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 20 qramdan artıq heroin aşkar edilmişdir.

Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzildən 1 kiloqram 780 qram heroin, 560 qram metamfetamin və narkotik vasitələrin satışından əldə edilmiş pulların yükləndiyi 2 ədəd bank kartı götürülüb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button