Gündəm

Qaradağda Beynəlxalq Əlillər günü münasibəti ilə tədbir keçirilib – Fotolar

Qaradağda Beynəlxalq Əlillər günü münasibəti ilə tədbir keçirilib - FotolarBu gün Qaradağ Rayon İcra Hakimiyyətində rayonun əlil sakinləri ilə görüş keçirilib

Savash.org xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov və rayon ictimaiyyəti iştirak edib.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov giriş nitqində Beynəlxalq Əlillər gününün ölkəmizdə rəsmi şəkildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra qeyd olunduğunu diqqətə çatdırdı. Beynəlxalq əlillər gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini əlillərin problemlərinə yönəltməklə onların ehtiyaclarını, tələblərini yerinə yetirmək, onlara maddi və mənəvi yardım göstərmək olduğunu vurğulayaraq, bu gün ölkəmizdə əlillərin cəmiyyətə inteqrasiyası, sağlamlıqlarının bərpası, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqətinin bariz nümunəsi olduğunu bildirdi.

Qaradağ rayon Əlillər Cəmiyyətinin sədri Müslüm Nurəliyev tədbir iştirakçıları adından çıxış edərək onlara yaradılan yüksək şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdi. Dövlətin qayğısı nəticəsində bu gün əlillərin cəmiyyətin tam hüquqlu vətəndaşı kimi fəaliyyəti üçün hər cür şərait yaradıldığını söylədi.

Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan 200-ə yaxın əlil vətəndaşa rayon İcra hakimiyyəti tərəfindən ərzaq yardımı verildi.
Qaradağda Beynəlxalq Əlillər günü münasibəti ilə tədbir keçirilib - Fotolar
Qaradağda Beynəlxalq Əlillər günü münasibəti ilə tədbir keçirilib - Fotolar

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button