Gündəm

Ramil Usubovdan iki yeni rəis təyinatı

Ramil Usubovdan iki yeni rəis təyinatıDaxili işlər naziri Ramil Usubov bu gün yeni təyinatlarla bağlı iki əmr imzalayıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əmrlər Nərimanov Rayon Polis İdarəsinə şamil olunub.

Nərimanov RPİ 18-ci polis bölməsinin rəisi, polkovnik Fuad Əliyev rayonun 16-cı polis bölməsinə rəis təyin olunub.

Nərimanov RPİ 16-cı polis bölməsinin rəisi, polkovnik-leytenant Hikmət Usubov isə Fuad Əliyevin yerinə təyinat alıb.

Qeyd edək ki, Hikmət Usubov nazir Ramil Usubovun qardaşı oğludur.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button