Gündəm

Britaniyalı nazir İçərişəhəri ziyarət edib – FOTO

Birləşmiş Krallığın Arvopa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton Azərbaycana səfəri çərçivəsində İçərişəhər Dövlət Tarix-Memarlıq qoruğunu ziyarət edib. Britaniyalı nazir öz təəssüratlarını “Twitter”də paylaşıb.

“Xəzər sahilindəki gözəl Bakının qədim şəhər ərazisinə möhtəşəm ziyarət. Azərbaycan zəngin bir irsə sahibdir. Mən yeni sənətkarlar nəslinin yetişdirilməsinə öz töhfəsini verən və Azərbaycanın qədim mədəniyyətini mühafizə edən Uels Şahzadəsinin Ənənəvi Sənət Məktəbində maraqlı vaxt keçirtdim”, -deyə V.Morton qeyd edib.

Xatırladaq ki, Britaniyanın Arvopa Qonşuluğu üzrə dövlət naziri xarici işlər nazirlikləri arasında hər il keçirilən Birləşmiş Krallıq – Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrinin növbəti iclasında iştirak etmək üçün Bakıya ikigünlük səfərə gəlib.

Wonderful visit to the Old Town area of beautiful #Baku on the Caspian. Azerbaijan has a rich heritage & I have had a fascinating time at the Prince of Wales’ School for Traditional Arts which supports future generations of artists & preserves Azerbaijan’s ancient culture. pic.twitter.com/zBNP0NNu8V— Wendy Morton MP (@morton_wendy) February 8, 2021

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button