Gündəm

Nazirlikdən pensiyalarla bağlı AÇIQLAMA

Azərbaycanda qurulan elektron təyinat sistemləri vasitəsilə 2020-ci ildə e-qaydada 95 min pensiya, müavinət, təqaüd təyinatı aparılıb. Onlardan 11 mini pensiya, 84 mini müavinət və təqaüd təyinatları olub. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu sosial təminat növlərinə hüququ yaranan vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, proaktiv şəkildə onlara həmin sosial ödənişlər təyin edilib. 

Xüsusilə postmüharibə dövründə şəhid ailələrinə sosial ödənişlərin (təqaüd, pensiya və ya müavinətin) təyinatı prosesinin operativ icrasında bu e-sistemlər xüsusi önəm kəsb edib. Həmin ailələrin müraciətinə ehtiyac qalmadan müvafiq ödənişlərin avtomatlaşdırılmış mexanizm üzərindən proaktiv təyinatı aparılır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button