Gündəm

“İranın adını çəkdiyimə görə mənə töhmət verməyin” – Deputatdan xahiş

Deputat Aqil Abbas Parlamentdə çıxışı zamanı İran sözünü işlətdiyinə görə töhmət verilməməsini xahiş edib:

“Yolumuz birdən həbsxanaya düşür. Görüşlər olur. Bu zaman şahidi oluruq ki, toplaşan adamların çoxu İrandan narkotik keçirən vətəndaşlardır. Həbsxana rəisi deyir ki, bu qədər iş vermişik, ölkəsinə qaytarırıq. Üstündən 6 ay keçəndən sonra yenidən həmin adam ölkəmizə narkotik keçirir. Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti sərhəddə bu məsələylə bağlı mübarizə aparır. Ona görə də təklif edirəm ki, ikinci dəfə həbs olunanları İrana qaytarmasınlar. Cəzalarını elə burada çəksinlər. İranın adını çəkirəm. Xahiş edirəm buna görə mənə töhmət verməyin”.

Milli Məclisin spikeri Sahibə Qafarova isə deputata cavab olaraq bildirib ki, İran sözünə görə kiməsə töhmət verilməyib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button