Gündəm
Ceyhun Osmanlının atası vəzifəsini itirdi
Millət vəkili Ceyhun Osmanlının atası Yunus Osmanov vəzifəsini itirməli olub.
Lent.az-ın məlumatına görə, deputatın atasının vəzifədən getməsinə səbəb icra hakimiyyətlərində həyata keçirilən sturuktur islahatlarıdır. Xatırladaq ki, Y. Osmanov Göyçay Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini vəzifəsində çalışırdı. Bundan başqa, o, rayon İH-nin aqrar məsələlər şöbəsinə rəhbərlik edirdi.
Məsələ ondadır ki, aprelin 1-dən etibarən rayon icra hakimiyyətləri başçılarının aqrar məsələlər üzrə müavini ştatı ləğv edilib. Y. Osmanovun adı rayon icra başçısı yanında Şuranın da siyahısından çıxarılıb. Fakt Göyçay Rayon İcra Hakimiyyətindən təsdiqlənib.