Gündəm

Hərbi qulluqçuların vaksinasiyası bu qaydada həyata keçirilir – RƏSMİ

Müdafiə nazirinin əmrinə əsasən, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə COVID-19-a qarşı vaksinasiyaya başlanılıb.

Müdafiə Nazirliyindən Savash.org-a verilən məlumata görə, vaksinasiya könüllülük prinsipi əsasında həyata keçirilir.

Bakı qarnizonunda yerləşən hərbi hissələrin şəxsi heyətinin vaksinasiyası Silahlı Qüvvələrin Baş Klinik Hospitalında keçirilir. İşğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin hərbi qulluqçularının vaksinasiyası müvafiq hərbi tibb müəssisələrində təşkil edilib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button