Gündəm

Millət vəkili: \”Bakcell\”i məhkəməyə verəcəm…\”

Millət vəkili: "Bakcell"i məhkəməyə verəcəm..."Milli Məclisin deputatı Elmira Axundova \”Bakcell\” şirkətini məhkəməyə verəcək.

Savash.org xəbər verir ki, millət vəkili bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

E.Axundova telefonuna çoxsaylı reklam xarakterli mesajların gəldiyini bildirərək, mesajların əksəriyyətinin aldadıcı xarakterli olduğunu və insanların cibini soymaq məqsədi güddüyünü qeyd edib.

“Milli Məclisdə biz bu məsələni dəfələrlə qaldırmışıq. Mobil operatorlara bu barədə məlumat vermişik. Amma onlar heç bir tədbir görmürlər. Bütün abunəçilər bundan narazıdırlar. Mən bu gün “Bakcell”dən əvvəlcə xahiş, sonra isə tələb edirəm ki, bu cür aldadıcı və insanların cibini soymağa yönələn mesajların yayılmasına son qoysunlar. Əks halda, həmin abunəçilərin müdafiəçisi kimi, “Bakcell”i məhkəməyə verəcəyəm” – deyə millət vəkili qeyd edib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button