Gündəm

Fırıldaqçı bağça müdirəsinin Qazax RİH-də işləyən kürəkəni danışdı

Fırıldaqçı bağça müdirəsinin Qazax RİH-də işləyən kürəkəni danışdı“Xatirə xanımla yalnız qayınana-kürəkən münasibətlərimiz var. Onun gördüyü işlərlə heç bir əlaqəm yoxdur”.

Bunu virtualaz.org saytına açıqlamasında Qazax Rayon İcra Hakimiyyətinin sektor müdiri-baş mühasib Qurban Babayev deyib.

Qeyd edək ki, dünən saytımızda rayonun Xanlıqlar kəndində bağça müdirəsi işləyən Xatirə Əsgərovanın həmin kəndin 200-dək sakininin adına kredit götürməsi haqda geniş məlumat yer almışdı. Yazıda adına kredit götürülən, lakin borcları ödənilməyən vətəndaşların şikayəti yer alırdı.

Qurban Babayev Xatirə Əsgərovanın kürəkənidir. Narazı sakinlər bağça müdirəsinin kürəkəninin adından da istifadə etdiyini iddia edirdi.

Q.Babayev isə açıqlamasında qayınanasının bu cür əməlindən xəbərsiz olduğunu və bu haqda yazılandan sonra xəbər tutduğunu dedi. O, X.Əsgərovaının gördüyü işlərlə heç bir əlaqəsinin olmadığını və yalnız qohum kimi münasibətlərinin olduğunu bildirdi.

Rayon icra başçının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülayə Həsənova da virtualaz.org saytına açıqlamasında bağça müdirəsinin əməllərindən xəbərsiz olduğunu dedi.

G.Həsənova sakinlərin icra hakimiyyətinə müraciət etmədiyini, lakin bu gün bağça direktoru ilə bağlı məsələnin araşdırılacağını bildirdi.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button