Gündəm

Qaradağda Pasxa bayramı qeyd edildi

Qaradağda Pasxa bayramı qeyd edildiMüqəddəs Pasxa Bayramı münasibəti ilə slavyanəsilli aztəminatlı ailələrə yardım göstərildi

Savash.org xəbər verir ki, 08 aprel 2015-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Müqəddəs Pasxa bayramı münasibəti ilə slavyanəsilli sakinlərlə görüş keçirildi.

Tədbirdə iştirak edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova ilk öncə Pasxa bayramının gəlişi münasibəti ilə rayon ərazisində yaşayan slavyanəsilli sakinləri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun adından təbrik etdi. Qeyd etdi ki, vətənimizdə yaşayan xalqlar bir-birlərinə o qədər yaxındılar ki, onlar arasında heç bir ayrıseçkilik müşahidə olunmur əksinə qarşılıqlı hörmət, ehtiram və səmimi münasibətlər mövcuddur.

Ümummilli lider Heydər Əliyev həmişə ölkə ərazisində yaşayan azsaylı xalqlara hörmətlə yanaşmış, onların bütün sahələrdə azad fəaliyyəti üçün dövlət səviyyəsində şərait yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasətin nəticəsində ölkəmizdə tolerantlığın qorunub saxlanıldığı, müxtəlif dinlərə və təriqətlərə hörmət və ehtiramın yüksək səviyyədə olduğunu diqqətə çatdırdı.

Daha sonra çıxış edən sakinlərdə burada özlərini öz doğma vətənlərindəki kimi hiss etdiklərini bildirərək onlar üçün yaradılan hər bir şərait üçün ölkə rəhbərliyinə və rayon İcra hakimiyyətinə minnətdarlıqlarını bildirdilər.

Tədbirin sonunda rayon ərazisində yaşayan 100 aztəminatlı slavyanəsilli sakinlərə ərzaq yardımı verildi.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button