Gündəm

Ağstafada saxta diplomlu məmur kimdir?

Ağstafada saxta diplomlu məmur kimdir?Ağstafada saxta diplomlu icra nümayəndəsi qardaşlardan birini bələdiyyə sədri seçdirmək istəyir. Bu barədə rayondakı mənbələrdən cumhuriyyet.az-a bildiriblər: \”Ağstafa rayon Qıraq Kəsəmən kənd icra nümayəndəsi Nurəddin Yaqubəliyevin diplomu saxtadır. Ona \”diplomu” Müəllimlər İnstitutunun Qazax filialının keçmiş direktoru verib, özü də ekologiya ixtisası üzrə. Heç Qazaxda belə bir ixtisas fənni tədris olunmayıb. Saxta diplomlu icra nümayəndəsini Rayon İcra Hakimiyyətindən qohumu Ərazi İdarəetmə Orqanları üzrə şöbə müdürü Şaiq Bayramov müdafiə edir. Yoxsa onun diplomunun saxta olmasını TQDK aşkara çıxara bilərdi. Bunlar bir yana…

Bu bədbəxt Nurəddin Yaqubəliyev başını aşağı salıb, xırda-para çax-çuxunu etmir. Belə ki, Nurəddin Yaqubəliyev Qocayev Əli və Qocayev Eldar qardaşlarından birini kənd bələdiyyə sədri seçdirmək istəyir. Çünki hər iki qardaş onun və qohumu Şaiq Bayramovun boğazını yaxşıca yağlayır. Qocayev Əli kənddə su pulu yığır, Eldar Qocayev isə əhaliyə verilən satış üzrə elektrik enerjisi pulunu kənd əhalisindən nəğd şəkildə toplayır. Əlbəəl toplanan su və enerji pulları kassaya mədaxil edilmir, edilsə də müəyyən faizi edilir, əksəriyyəti mənimsənilir. Enerji pulu verənlərin adına debitor borc kimi yazılır.

Nurəddin Yaqubəliyev hazırda hər iki qardaşın kənddə təbliğatı ilə məşğuldur. Bu qanuna zidd seçki məcəlləsinin tələbinə uyğun olmayan bir hərəkətdir. O qanunları bilməsə də, qanunlar yeri gələndə çox məsələləri həll edir…

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button