Gündəm

Ekspertiza 7 ermənini güllələyən əsgər haqda qərarını açıqladı

Psixiatrik ekspertiza Ermənistanda 7 nəfərlik ailənin qətlində ittiham olunan rusiyalı hərbçi Valeri Permyakovun cinayət vaxtı anlaqlı vəziyyətdə olduğunu Ekspertiza 7 ermənini güllələyən əsgər haqda qərarını açıqladımüəyyən edib.

Trend-in “İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə məlumatlı mənbə bildirib.

“İstintaqın tapşırığı ilə aparılan psixiatrik ekspertiza nəticəsində V.Permyakovun psixi cəhətdən sağlam olduğu qənaətinə gəlinib. O, cinayət vaxtı öz hərəkətlərini tamamilə dərk edib”, – deyə agentliyin müsahibi qeyd edib.

Onun sözlərinə görə, ekspertiza stasionar şəkildə Gümrüdəki Rusiya hərbi bazasında aparılıb: “Ekspertlər bəzi psixi pozuntular müəyyən ediblər, lakin bütövlükdə Permyakov psixi cəhətdən sağlam olaraq qiymətləndirilib. Hazırda ona qarşı yekun ittihamlar irəli sürmək və məhkəməyə yönəltmək üçün bütün əsaslar var”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button