Gündəm

Xoşqədəm ATV-dən uzaqlaşdırılıb? – Telekanal susur…

Xoşqədəm ATV-dən uzaqlaşdırılıb? - Telekanal susur...Bu gün “Azad Azərbaycan” televiziyasında kütləvi ixtisarların olduğuna dair informasiyalar yayılıb. Savash.org xəbər verir ki, yayılan məlumatlarda şirkətin 100-ə yaxın işçiyə məcburi şəkildə ərizə yazdıraraq ixtisar etdiyi bildirilir. Onların əksəriyyətinin qadınlar olduğu da vurğulanır.

Bununla yanaşı qeyd edilir ki, kanalın İstanbul və Moskva nümayəndəliyi ləğv edilib və oradakı müxbirlərin işinə xitam verilib.

Modern.az saytı yayılan məlumatı dəqiqləşdirmək istəsə də, telekanalın hər zaman mətbuata açıq olan “Xəbərlər” redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu davamlı zəngləri və mesajları cavabsız qoydu.

Onu da qeyd edək ki, işdən çıxarılanlar arasında “Səni axtarıram“ verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının da olduğu deyilir. Aparıcı özü telefonunu açmasa da, verilişin prodüseri Əli Vəliyev bir neçə fərqli nömrədən edilən zəngə cavab verdi. Sualı eşidər-eşitməz “Bakıda deyiləm” deyərək telefonunu söndürdü.

Nəticə etibarilə cavabsız qalan zənglər informasiyaların doğru olduğu ehtimalını artırır.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button