Gündəm

Bakıda eyvandan paltar asmaq qadağan olundu: Bəs dünyada hansı qəribə qadağalar var?

Bakıda eyvandan paltar asmaq qadağan olundu: Bəs dünyada hansı qəribə qadağalar var?Bakının paltar asma… Amerikanın şokolad yemə qadağası.

Xəbər verdiyimiz kimi, Bakıda ilginc qadağaya start verilib. Bundan sonra binaların küçə və prospektlərə baxan eyvanlarına əşyalar qoyulması, paltar asılması qadağan edilir. Bu elanlar iki gündür paytaxtın mərkəzi küçələrindəki binaların üstünə vurulub. Sakinlərin bildirdiyinə görə, mənzillərə bir-bir gedilərək onların sahiblərinə xəbərdarlıq da edilib.

Belə güman edilir ki, BŞİH bu addımı iyunda Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıq məqsədi ilə atıb. Meriya paytaxtda onun estetik görünüşünə xələl gətirə biləcək mənzərələrin olmamasına bu yolla çalışır.

Bu mövzu da bizə dünyadakı ilginc yasaqlarla bağlı məsələyə yenidən nəzər yetirməyi vadar etdi. Başlayaq Amerikadan: Burada hər ştatın spesifik yasağı var və biri digərindən fərqlidir. Məsələn, ABŞ-ın Arkansas ştatında ərin öz arvadını ayda bir dəfə döyməsi normal sayılır. Amma ayda bir dəfədən artıq döyməsi qadağandır və ancaq bu halda qadın polisə müraciət edə bilər. İndiana ştatında isə teatr tamaşaçılarına qarşı əcaib yasaqlar var. Burada seansdan 4 saat öncəyə qədər tamaşaçıların sarımsaq yeməsi yasaqlanıb. Bu, həm digər tamaşaçılara, həm də sənətçilərə hörmətsizlik sayılır. Florida ştatında isə gözəllik salonları maksimum diqqətli olmalıdır. Çünki burada saç qurutma maşınının altında yuxuya dalan qadını da, salon sahibini də böyük məbləğdə cərimə gözləyir. Yəni, gözəllik salonunda yatmaq olmaz.

Hollivud ştatında isə qoyunların hüquqları qorunur. Əgər Hollivud Bulvarında 2 mindən artıq qoyun varsa, orada maşın sürmək qadağandır. Los Angelesdə isə müttəhim kürsüsündə ağlamaq olmaz. Texas əyalətində U dönüşü adlandırılan, nəqliyyatdakı vacib manevri etmək yasaqlanıb. İndiana ştatında evdə içki içməyə icazə yoxdur. İnsanlar ancaq bəlli məkanlarda – barlarda, restoranlarda bu ehtiyaclarını ödəyə bilər. Texasda diqqəti cəlb edən daha bir yasaq isə inək südü ilə bağlıdır. Əyalət sakinləri əsla başqasının inəyinin südünü içə bilməz. Təkcə inək südünümü? Texasda pivə içənlər üçün də əcaib yasaqlar var. Bu əyalətdə insanlar ayaq üstə pivə içmək arzusuna düşüblərsə, ancaq üç qurtum içə bilirlər. Dördüncü qurtum yasaqdır – onu ancaq oturaraq içmək olar.

Gəzişmələr zamanı aydın oldu ki, paltar asma qadağası təkcə bizdə deyil. Belə ki, İsveçrədə də bazar günü paltar asmağa icazə yoxdur. Avstraliyada uşaqların siqarət çəkməsinə icazə olsa da, siqaret alması qadağandır. Sözügedən ölkədəki absurd yasaqlar bununla bitmir. Burada gənclərin əyləncə xatirinə əllərini yerə qoyub, təpəsi üstə gəzməsi də qanunla qadağan edilib. Daha bir maraqlı qadağa isə odur ki, Avstraliyada bazar günləri çəhrayı rəngdə şalvar geyinmək olmaz. Taylandda isə alt paltarı geyinmədən gəzənlər cəzalandırılır!.. Amma paltarla bağlı yasaqlar bununla bitmir. Taylandda maşın sürənlər mütləq köynək geyinməlidir.

Danimarkada hökumət insanların dəmiryolunda öpüşməsini yasaqlayıb. Bundan başqa, həmin ölkədə əgər sürücü maşınının altında kiminsə və ya hansısa heyvanın qaldığını görürsə, onu işə sala bilməz. Özü də maşını işə salmaq üçün yatmış adamı və ya heyvanı oyatmaq, qovmaq yasaqdır. Maşının qabağına at arabası çıxarsa, sürücü mütləq maşınını kənara çəkməyə məcburdur.

Fransada da qəribə adlandırılacaq yasaqlar var. Burada donuzlara “Napaleon” adını qoymaq yasaqdır. Bundan başqa, Fransada sərnişinlər taksi sürücüsünün yanındakı oturacağa əyləşə bilməz. Kanadada isə yağış yağanda ağacları sulamaq olmaz.

Kanadada qapı və pəncərələr ancaq çəhrayı rəngə boyanmalıdır. Kanadada ağaca dırmaşmaq yasaqdır. Bundan başqa, həmin ölkədə bazar günləri dondurma yemək də qadağan edilib. Kanadadakı daha bir əcaib yasaq isə ölü atlarla bağlıdır. Həmin atları bazar günü sürümək olmaz. Çində intellektual səviyyəyə malik olmayanları kollecə qəbul etmirlər.

İngiltərədə qadınlar ictimai nəqliyyat vasitələrində şokalad yeyə bilməzlər. Çünki elə həmin nəqliyyat vasitələrində bunu almağa imkanı olmayan hamilə qadınlar və balaca uşaqlar ola bilər. Amma İngiltərədə qadınlara məntiqli yasaqlar da var. Məsələn, onlar ictimaiyyətə açıq olan yerlərdə yarıçılpaq vəziyyətdə gəzə bilməzlər.

İtaliyada yubka geyən kişilər həbs olunur. Şotlandiyada bazar günləti balıq ovuna çıxmaq olmaz. Bundan başqa, Şotlandiyada inək sahiblərinin sərxoş olması qadağandır. Amma… daha əcaib bir yasaq. Şotlandiyada qapını döyüb, ayaqyolundan istifadə etmək istəyən istənilən adama “yox” demək olmaz. Bu, insan haqlarına hörmətsizlik kimi qəbul oluna bilər.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button