Gündəm

Baxçalı papaya od püskürdü: \”Yazıq…\”

Baxçalı papaya od püskürdü: "Yazıq..."Türkiyənin müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Roma papasının qondarma “soyqırımı” iddiaları barədə sözlərinə kəskin reaksiya bildirib. ANS PRESS-in məlumatına görə, siyasi lider bu barədə fikirlərini şəxsi twitter səhifəsində paylaşıb. Baxçalı papanı Türkiyəyə səfəri zamanı yavan sülh mesajı verməkdə ittiham edib:

“Papa aprelin 12-də Vatikanda keçirilən ayində, “XX əsrin ilk “soyqırımı” ermənilərə qarşı töeədilib” – deyərək səlibçi əməllərini yalanla suladı. 28 – 30 noyabr tarixlərdə ölkəmizi ziyarət edərkən yavan sülh mesajları verən papanın həqiqi siması artıq meydandadır. Bosniya və Ruandada baş verənlərə kütləvi qırğın deyənlər 1915-ci il hadisələrinə “soyqırımı” böhtanlarını layiq görür. Çox yazıq! Papa Türkiyəyə gələndə əli ayağına dolaşan, “fərqli düşündüyümüz heç bir mövzu yoxdur” – deyən şəxsiyyət indi nə deyəcək? Papa bilməlidir ki, soyqırımı bəşəriyyətə qarşı işlənmiş bir cinayətdir və Allaha şükrlər olsun ki, şanlı tariximizdə bu iddialara dair kiçik də olsa bir iz yoxdur. İstər qəbul edilsin, istərsə də rəd edilsin, türk millətinin yolu əsla soyqırımı ilə kəsişməyib, təmiz adı ardıcıl cinayətlərdə hallanmayıb”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button