Gündəm

Xoşqədəm Hidayətqızı hər şeyi danışdı

Xoşqədəm Hidayətqızı hər şeyi danışdı
“Səni axtarıram” verilişinin müəllif hüququnun tanınmasını istəyən aparıcı, Mehriban Əliyevaya müraciət etdi

Xoşqədəm Hidayətqızının müəllifi olduğu və ATV-də yayımlanan populyar “Səni axtarıram” verilişini ANS TV-yə transfer etməsi xəbəri ətrafında söz-söhbətlər səngimək bilmir.

X.Hidayətqızı bu günə kimi susmuşdu. Amma aprelin 14-də X.Hidayətqızı rəhbərlik etdiyi \”Üç nöqtə\” qəzetinin redaksiyasında mətbuat konfransı keçirərək, ATV-dən ayrılmasının səbəbləri və verilişin gələcək taleyi ilə bağlı bir sıra suallara cavab verib.

Musavat.com xəbər verir ki, X.Hidayətqızı ilk olaraq, ATV kanalı ilə bağlı danışıb: \”Beş il öncə mən bu layihə ilə kanallara müraciət edən zaman, ATV-dən başqa hamısı məndən üz döndərdi. Çünki televiziya kanallarında tanınan bir sima olmadığıma görə verilişi götürməkdə tərəddüd etdilər. Amma ATV kanalı mənim yolumu açdı və tamaşaçı sevgisi qazandırdı. Bu kanal mənə ata yurdu kimidir. Və mənim o kanalla bağlı heç bir problemim yoxdur.

2013-cü ildə dost kanallardan birində mənim verilişim formasında proqram efirə getdi. Gedib, ATV rəhbərliyinə yaxınlaşdım və rica etdim ki, verilişin müəllif hüquqlarını alaq. Onlar mənimlə razılaşdılar. Amma müəllif hüquqlarını almaq üçün müraciət edəndə mənə dedilər ki, 1 il öncə ATV rəhbərliyindən müraciət edilib. Amma mən orada olmadığım üçün razılıq verilməyib. Bu, mənim qüruruma toxundu. Mənim xəbərim olmadan, mənim verilişimin hüquqları alınmaq istənilib\”.

X.Hidayətqızı bu məsələdə birbaşa ATV-nin prezidenti Vüqar Qaradağlını ittiham edib: \”Vüqar Qaradağlı yanvar ayında səfərimiz zamanı mənə dedi ki, \”İstəyirəm, layihəni efirdən qaldırım\”. Mən şoka düşdüm. Bu qədər reytinqli bir veriliş niyə görə bağlansın? Bizə dünyanın hər bir nöqtəsindən müraciətlər edilir. Mən ona cavab verdim ki, \”Qəfildən bu verilişi saxlamaq olmaz. Bu, insanların, izləyicilərin haqlı narazılığına səbəb ola bilər. Mövsüm sonuna qədər davam edək. Sonra bağlasaq belə, problem olmaz. Bunu indi etsək, kanalın nüfuzuna da zərər gələ bilər\”. O, mənimlə razılaşdı. Amma bir müddət sonra, aprel ayında V.Qaradağlı mənə dedi ki, \”Yox. Qətiyyən olmaz. Veriliş dayandırılmalıdır. Mənə deyiblər ki, ATV-də axtarış verilişi olmasın\”. Onun mənə dedikləri yalandır. Heç kim ona kanalda axtarış verilişinin olmaması ilə bağlı bir söz deməyib. Mən bunu öyrənmişəm.

Mən onun bu israrından sonra razılaşdım. Dedim ki, \”Bu layihə mənimdir. Bunu 5 il öncə mən yaratmışam. Siz mənə yazılı şəkildə sənəd verəcəksiniz ki, bu projenin sahibi mənəm. Mən də bu layihəni başqa kanalda həyata keçirim\”. Amma Vüqar müəllim sənədi mənə vermir. Dünən üçün söz vermişdi. Amma mənə dedi ki, \”Bu sənədi sənə verməyəcəyəm\”. Bu mənim haqqımdır. Halal zəhmətimdir. Mənə dedi ki, \”Get, başqa kanalda layihəni davam etdir, belə bir veriliş yayımlanmayacaq\”. Xoşqədəm Hidayətqızı hər şeyi danışdıTəbii ki, inanmadım. Və verilişin müstəsna hüquqlarını göstərən şəhadətnaməni aldım\”.

X.Hidayətqızı bildirib ki, onu pul maraqlandırmır: \”Mən məcburiyyət qarşısında qalaraq, burada hər şeyi danışıram. Hansı ki, mən özüm açıqlama hazırlamışdım ki, ATV-dən öz istəyimlə gedirəm. Amma məni buna məcbur ediblər. Bu zamana qədər verilişin gəlirlərinin 50 faizi mənə verilməli idi. Amma verilməyib. Heç istəmirəm də… Məni pul maraqlandırmır. Məni halallıq maraqlandırır. Məni verilişim, o verilişə ümidlərini bağlayan minlərlə insan maraqlandırır. \”Səni axtarıram\” verilişində yüzlərlə insanın ümidi, göz yaşı var. Mənim arxamda heç kim yoxdur. Tək qadınam. Mənim atam adi adamdır. Mənə qalib gəlmək olar. Bəs haqq..? Haqqı yemək olarmı? Bəs qanun..?\”

O, proqramda yeyintinin olması ilə bağlı suallara da cavab verib: “Səni axtarıram” zavoddur ki, yeyinti olsun? Orada nə qazanılıb, hansı reklamlar verilib, xəbərim olmayıb. Pul haqq-hesablarından xəbərim yoxdur. Atam mənə tapşırıb ki, hər zaman evinə halal pul gətir. Haram pul qazanmamışam. Mən komandamla ANS-ə getmişəm. Heç bir əməkdaşımı dəvət etməmişəm. Onlar öz istəkləri ilə mənim yanıma gəldilər”.

X.Hidayətqızı sonda bildirib ki, onun ATV kanalı ilə heç bir problemi yoxdur. Məsələ rəhbərlik məsələsidir. ATV-dən tələbi də sadəcə, ona verilməli olan sənəddir ki, həmin sənəd sayəsində müəlliflik hüquqlarını alsın və yeni kanalda öz fəaliyyətini davam etdirsin.

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov X.Baxşəliyevanın ATV telekanalından ayrılması ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirib.

M.Məmmədov “Qafqazinfo”ya açıqlamasında deyib: “Səni axtarıram” Xoşqədəm Baxşəliyevanın proqramıdır. Hara getsə, onu özü ilə apara bilər. Kanalın ona müəlliflik hüququnu verməməsi gələcəkdə ANS-lə ATV telekanalı arasında hər hansı narazılığa səbəb ola bilməz”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button