Gündəm

İcra hakimiyyəti icra hakimiyyətini məhkəməyə verdi

İcra hakimiyyəti icra hakimiyyətini məhkəməyə verdi

Azərbaycanda bir icra hakimiyyəti başqa bir icra hakimiyyətini məhkəməyə verib.

Lent.az-ın Bakı Apelyasiya Məhkəməsinə istinadən verdiyi məlumata görə, Suraxanı Rayon İcra Hakimiyyəti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi və Abşeron Rayon İcra Hakimiyyətindən şikayətçidir. Suraxanı İH çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız sayılması iddiası ilə məhkəməyə üz tutub.

Abbasov Cəlil adlı vətəndaş isə Sabunçu Rayon İH-dən şikayətçidir. Vətəndaş apelyasiya mümkünlüyünün yoxlanılmasını tələb edir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button