Gündəm

Təhsil Nazirliyi: \”Hansısa təhsil ocağında olimpiya oyunları bəhanəsiylə pul yığılırsa…\”

Təhsil Nazirliyi: "Hansısa təhsil ocağında olimpiya oyunları bəhanəsiylə pul yığılırsa..."\”Hansısa təhsil müəssisəsində Avropa Oyunları adı altında vəsait yığılırsa, bu, qanunsuzluq və mənəviyyatsızlıqdır\”

“Son günlər bəzi təhsil müəssisələrində bu və ya digər adlar altında vəsait yığılması ilə bağlı müxtəlif yazılar və ya kommentlər gedir. Bəzən şayiə effekti doğuran bu cür məlumatlar bilərəkdən ictimai müzakirələrə sızdırılır və mahiyyət tam aydın olmur. Hər hansı təhsil müəssisəsində vəsait toplanması halı varsa, bununla bağlı anonim yox, adlı müraciət edilsin və nəticəsi olmazsa, o zaman bunu müzakirəyə çıxartmaq olar”.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, belə hallar varsa, bu, tamamilə qanunsuzdur və təhsil mühitinə ziddir.

C. Valehov qeyd edib ki, bu xoşagəlməz hal bəzi media orqanlarında qeyd edildiyi kimi, Avropa Oyunları adı altında edilirsə, bu, nəinki qanunsuzluq, həm də mənəviyyatsızlıq və belə mötəbər tədbirin nüfuzuna kölgə salmaq cəhdidir: “Bir daha bildiririk ki, belə qanunsuz əməllərlə bağlı əsaslı informasiyası olan şəxslər Təhsil Nazirliyinin 146-1 qaynar xəttinə və hüquq mühafizə orqanlarına müraciət edə bilərlər”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button