Gündəm

\”Həkim terroru\”nun qurbanı olan xanımın atası şok faktlar açıqladı

"Həkim terroru"nun qurbanı olan xanımın atası şok faktlar açıqladıGülmurad Mirzəyev: \”Qızımın ölümündə günahkar olan İlahə həkimin ən ağır formada cəzalandırılmasını istəyirəm\”

Həkim səhvi ölkəmizdə hər il yüzlərlə insanın həyatını itirməsinə səbəb olur. Nə etmək olar ki, tibb ocaqlarında savadsız və işini bilməyən həkimlər, tibb bacıları işləyir. Onların yetərli hissəsinin işlərinə səhlənkar münasibət bəsləməsi sonda günahsız insanların dünyadan erkən köçməsi ilə nəticələnir.

Xəzər rayonu, Türkan qəsəbəsi Xanlar küçəsi, ev 7 ünvanında yaşayan Gülmurad Mirzəyevin qızı Günay Rəhmanova da həkim səhvinin qurbanı olub. Başına gələnləri ürək yanğısı ilə \”Gündəlik Bakı\”-ya danışan Gülmurad müəllim bildirib ki, qızı 2015-ci ilin yanvar ayının 15-də Mərdəkan qəsəbəsində yerləşən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının doğum şöbəsində uğurlu doğuş keçirib və uşaq dünyaya gətirib:

\”Qızımın səhhətində doğuşa qədər, həmçinin doğuş prosesi zamanı heç bir problem olmayıb. Bunu doğuşu aparan Gülarə Şeydayeva da təsdiqləyə bilər. Yanvar ayının 29-da Türkan qəsəbəsində yerləşən 17 saylı şəhər poliklinikasının pediatr həkimi İlahə xanımı evə dəvət etdik. Qızımın boğazında ağrılar yaranmışdı. Həkimdən qızımın uşağa süd verib, verə bilməyəcəyini dəqiqləşdirmək istəyirdik. İlahə xanım dedi ki, bu adi boğaz ağrısıdır, ana uşağa süd verə bilər. Həkim həmin vaxt qızıma ev şəraitində sistem köçürüb. Halbuki, bu xanımın ixtisası uşaq həkimidir. O kürəkənimi göndərib ki, get aptekdən filan-filan dərmanları və sistemi al gətir. Bir neçə preparatı qatıb qızıma sistem qoşub. Aradan bir neçə saat keçəndən sonra Günay dünyasını dəyişib. Hələ də özümüzə gələ bilmirik. Tam sağlam uşağım həkim səhvinin qurbanı oldu. Hazırda işlə bağlı aidiyyəti prokurorluq orqanlarında araşdırma aparılır. Qızımın ölümündə günahkar olan İlahə həkimin ən ağır formada cəzalandırılmasını istəyirəm. Aidiyyəti hüquq-mühafizə orqanlarından onun həbsini tələb edirəm. Həkim həbs olunmayana qədər mübarizəmi dayandırmayacam\”. Gülmurad Mirzəyevin şikayətini araşdırmaq məqsədilə 17 saylı şəhər poliklinikasının baş həkimi Arzu Əlövsətova ilə əlaqə saxladıq. Həmin vaxt mən orda olmamışam. Həkim evdə uşağı müayinə edib.

Daha sonra isə anaya müalicə yazaraq sistem köçürüb. İlahə xanım işə qayıdana kimi ananın halı pisləşib. Təcili tibbi yardım maşını gələnə qədər isə o keçinib. İş hazırda prokurorluqda araşdırılır. Sahə həkiminin vəzifəsi \”vızov\”a getməkdir. Yanvarın 29-dan aprelin 6-na qədər İlahə xanım müvafiq əmrlə işdən uzaqlaşdırılıb. Sonradan Səhiyyə Nazirliyində doğuşayardım komissiyasının iclası keçirilib. İlkin təşrif rəyində ananın serroz hemoragik pnevmaniya nəticəsində inkişaf etmiş ağciyər ürək çatışmazlığı nəticəsində vəfat etdiyi qeyd olunub. İntizam tədbiri görülməklə həkimin işə bərpa olunmasına icazə verilib. Komissiyanın ilkin təşrif rəyinə əsasən həkim işə çıxıb. Amma hələ də cinayət işi davam edir. Üçüncü ekspertiza rəyi gözlənilir ki, həkimin vurduğu dərmanlar o xəstəyə olardı, yoxsa olmazdı. Ekspertizanın rəyindən sonra həkimin barəsində yekun qərar veriləcək. Biz nazirliyin qərarına əsasən hərəkət edirik. Mənim həkimi işə götürməyə, yaxud işdən çıxarmağa səlahiyyətim yoxdur. 2013-cü ildən poliklinikaya rəbərlik edirəm, lakin indiyə qədər həmin həkimdən gəlib mənə şikayət edən olmayıb. İlahə xanım hazırda xəstəlik vərəqəsindədir\”.

Mərhum Günay Rəhmanovanın doğuşunu aparan Gülarə Şeydayeva ilə də əlaqə saxladıq. Həkim bildirdi ki, Günay xanımın doğuşu normal keçib və onun heç bir xəstəliyi olmayıb: \”Doğuşdan sonra Türkan qəsəbəsindəki qadın məsləhətxanasından gəlib Günay Rəhmanovanı müayinə ediblər. Bu xanımın doğuşu tam normal keçib, səhhətində problem olmayıb. Sonradan biz eşitdik ki, o anaflaktik şokdan ölüb. Onu sağlam qadın kimi görmüşük\”. Əldə etdiyimiz məlumatlara görə, gənc xanımın ölümündə təqsirkar bilinən həkim əvvəllər Neft Daşlarında işləyib. İddialara görə, o Neft Daşlarında işləyərkən də bu kimi hadisələrdə adı hallanıb. Hər halda, burda söhbət bir insanın həyatını dəyişməsindən gedir. Onun ailəsi gözüyaşlı, dünyaya gətirdiyi oğlan uşağı isə anasız qalıb. Bir ailə üçün bundan böyük ağrı-acı ola bilməz. Belə həkimlərin səhiyyə sistemində saxlanması gələcəkdə daha böyük fəsadlar yarada bilər. Odur ki, aidiyyəti hüquq-mühafizə orqanları cinayət işini obyektiv araşdırmalı, təyin olunmuş üçüncü ekspertizanın rəyi şəffaf hazırlanmalı və həkimin barəsində cəza tədbirləri görülməlidir.

Mövzunu diqqətdə saxlayacağıq.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button