Gündəm

Erməninin şokedici etirafı

Erməninin şokedici etirafı
Qondarma “soyqırımı” iddiaçılarının hədəfə götürdüyü İttihad və Tərəqqinin nüfuzlu şəxsi Tələt Paşa barədə şokedici həqiqət aşkarlanıb. ANS PRESS-in məlumatına görə, bu barədə Tələt Paşanın qatili Soqomon Teliryanın oğlu danışıb. Soqomon Teliryanın yalançı və qatil olduğunu deyən 86 yaşlı oğul Teliryan onunla saxta qəhrəman düzəldilməyə çalışıldığını deyib.

“Yalançı və qatil olmuş atamın niyə qəhrəman elan olunması cəhdlərini başa düşə bilmirəm”.

Almaniyada nəşr olunan “Süddeutsche” qəzetinə müsahibə verən oğul Teliryan atasının qəhrəman olmasının mümkün olmadığını vurğulayıb. Teliryan atasının məhkəmədə də yalan ifadə verdiyini bildirib:

“Bacımı zorladılar, ata-anamı güllələdilər – iddiaları yalandır. Atamın ümumiyyətlə bacısı olmayıb”.

Bu etiraflardan sonra Teliryan fikrini, “Hər halda mən pis bir erməniyəm” sözləri ilə başa vurub.

Xatırladaq ki, Tələt Paşa 1915-ci ildə Almaniyada evindən çıxarkən erməni Soqomon Teliryanın sui-qəsdinə məruz qalaraq dünyasını dəyişib. Almaniya məhkəməsi isə ruhi-əsəb sarsıntısı keçirdiyini iddia edərək Soqomon Teliryan barəsində bəraət qərarı verib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button